ABŞ prezidenti Donald Tramp hərbi müdaxilədənsə diplomatiyaya üstünlük verir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff bəyan edib. Onun sözlərinə görə, Rusiya-Ukrayna münaqişəsinin həlli birbaşa danışıqlara keçmədən mümkün deyil. “Əgər onunla (Rusiya prezidenti Vladimir Putin - Qeyd) danışmasaq, həll yoluna necə nail ola bilərik? Bu mümkün deyil. Ona görə də onunla danışmamalı olduğumuz fikrinin özü absurddur”.
Xüsusi elçi bildirib ki, ABŞ prezidenti Donald Tramp Ukrayna ilə bağlı danışıqlar prosesini sürətləndirmək üçün hərbi gücdən istifadə edə bilər, lakin o, bu üsulu “əks-məhsuldar” hesab edir: “Dialoq və diplomatiya münaqişəni uğurla həll etməyin yoludur”.