09 may 2025 10:56
138

Düşünürük ki, bu, baş verməyəcək - Ceyms Di Vens

ABŞ Administrasiyası Hindistan və Pakistan arasındakı böhranın nüvə müharibəsi riski yaratdığını düşünmür.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Ceyms Di Vens “Foks Nyus”a deyib.

“Əlbəttə, biz vəziyyətdən narahatıq. Lakin Hindistan və Pakistan liderlərinin diplomatik və ehtiyatlı tədbirləri nüvə müharibəsinə imkan verməyəcək. Əgər nüvə savaşı baş versə, nəticələri fəlakətli olacaq. Lakin düşünürük ki, bu baş verməyəcək”, - deyə Vens bildirib.