28 aprel 2025 12:12
86

Qurban Qurbanov Bəhlul Mustafazadə ilə niyə görüşməyib? - AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ötən gün çempion olduqları “Sabah”la matçdan sonra paltardəyişmə otağında futbolçularla görüşərək onları təbrik etsə də, müdafiəçi Bəhlul Mustafazadə ilə görüşməyib. 

“İki sahil” xəbər verir ki, təcrübəli mütəxəssislə futbolçu arasında olan bu görüntülə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. 

Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "“Qafqazinfo”ya açıqlamasında məsələyə bu cür aydınlıq gətirib: “Hər hansı problem yoxdur. Komanda daxilində baş məşqçi Qurban Qurbanov və futbolçular arasında qarşılıqlı hörmət və inam var. Həmin məqama gəldikdə, Qurban Qurbanov klubun bəzi işçiləri və futbolçuları ilə stadionda təbrik etdiyi üçün onlarla ikinci dəfə paltardəyişmə otağında görüşməyib. Bəhlulla da ona görə görüşməyib. Həmçinin futbolçu həmin vaxt əlindəki sarğını açırdı. Yəni baş məşqçimiz və futbolçular arasında hansısa problem yoxdur. Hər zaman komanda daxilində ab-hava yüksək olub, baş məşqçi ilə futbolçular arasında da isti münasibət var”.