25 aprel 2025 10:38
291

Çin-Qırğızıstan-Özbəkistan marşrutu Azərbaycanın iştirakı ilə Avropaya tranzitin bir hissəsi ola bilər

Çin-Qırğızıstan-Özbəkistan marşrutu Azərbaycanı beynəlxalq dəmiryol layihəsində iştiraka cəlb edə blər.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Qırğızıstan Dəmir Yolları”nın baş direktoru Azamat Sakiyev bildirib.

"Qırğız Respublikasında həm Mərkəzi Asiya, həm də bütün dünya üçün əhəmiyyətli olan irimiqyaslı meqalayihə başlayıb. Söhbət perspektivdə Türkmənistan, Azərbaycan, Türkiyə və Avropanı birləşdirəcək yeni Çin-Qırğızıstan-Özbəkistan marşrutundan gedir. Ümumilikdə, marağı artırmaq, layihədə iştirak üçün biz bu marşrutu Azərbaycanda təşviq etməyi planlaşdırırıq", - o qeyd edib.

Onun sözlərinə görə, tikinti işərinə artıq başlanılıb:

"Layihə çərçivəsində işlərin təxminən 2030-cu ilə qədər tamamlanmasını və yolu istifadəyə verməyi planlaşdırırıq. İlkin qiymətləndirmələrə görə, ötürücülük qabiliyyəti 15 milyon ton və daha artıq olacaq. İlkin mərhələdə - bəlkə də beş milyon tondan başlayacaq, lakin perspektivdə təxminən 15 milyon ton sabit tranzitə ümid edirik. Çin-Qırğızıstan-Özbəkistan marşrutunun xüsusiyyəti onun unikallığıdır: Çindən Avropaya yol cəmi yeddi gün çəkəcək".