22 aprel 2025 15:05
108

Media nümayənlərinin üzərinə böyük yük düşür - Natiq Məmmədli

Medianın İnkişafı Agentliyinin keçirdiyi monitorinqlərə əsasən, məhkəmə reportajlarında və hansısa cinayət işləri ilə bağlı yazılan jurnalist yazılarında ötən illərlə müqayisədə demək olar ki hüquqi səhvlərə yol verilmir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli "Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında təminatı” mövzusunda məlumat sessiyasında deyib.

Onun sözlərinə görə, bu sahələrdə nəticələrin müsbət yöndə inkişafı jurnalistlərin peşəkarlığının artmasından xəbər verir:

"Media nümayənlərinin üzərinə böyük yük düşür. Onlar daim inkişaf etməli, fəal olmalıdırlar. Lakin son dövrlərin gedişatına baxsaq, xeyli irəlliləyiş əldə olunduğunu görə bilərik".