Qubada sel fəsadlarından biri də Xanəgah kəndini ikiyə bölən Çağacıq çayına gələn selin kəndi mərkəzindəki körpünün ətrafını yuması olub.
Bu barədə , "İki sahil"in Şimal təmsilçisinin məlumatında bildirilir.
Nəticədə, kəndin digər hissəsinə avtomobillərin gediş-gəlişinin hərəkəti məhdudlaşıb. Alternativ yol ötürücüsünü də sel suları dağıdıb. Sakinlərin hərəkəti selin hələ yuyub aparmadığı dar "cığır"la mümkündür.
Qeyd edək ki, sonuncu dəfə sel suları 2020-ci ildə sözügedən ərazidə körpünü aparmışdı. Elə həmin il də kənddə bu yeni körpü və alternativ yol ötürücü istifadəyə verilib.
Aydın Adıgözəlov,
Quba, "İki sahil" üçün