Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri müşahidə edilən hallar əsasında Nazirlər Kabinetinə tövsiyələr paketi təqdim edib.
“İki sahil” xəbər verir ki, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatı təqdim edərkən bildirib.
Onun sözlərinə görə, paketə kənd təsərrüfatı sahəsində maliyyələşmə mexanizmləri, büdcə vəsaitindən istifadə üzrə normativlər, onların şamil olunduğu qurumlar, vahid büdcə təsnifatı, büdcədənkənar dövlət fondlarının investisiya fəaliyyəti ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi, ətraf mühitə təsir edən bəzi təsərrüfatlar üzrə tənzimləmələrin yaradılması ilə bağlı tövsiyələr daxildir.