Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonunun A.Heydərov və Ə.Əliyev küçələrinin kəsişməsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə aprelin 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ağa Neymətulla, A.Heydərov, O.Əliyev, M.Nağıyev, Daş karxanası, Aşıq Pəri, Y.Nəsirov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.