Bu gün Bakının Xəzər, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində və Xətai rayonu ərazisində aparılacaq təmir işləri ilə əlaqədar aprelin 18-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Stansiya Qala və Mərdəkan yaşayış massivlərinin, Binəqədi rayonu üzrə M.Ə.Rəsulzadə qəsəbəsinin F. Rüstəmov, Koroğlu, Ü. Hacıbəyov, Z. Mehdiyev, F. Qayıbov, C. Cabbarlı küçələrinin, Xətai rayonu üzrə isə Zığ kəndi və Gəncə prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
SOCAR tərəfindən “Baleine” layihəsi üzrə 10%-lik iştirak payının əldə olunması prosesi başa çatıb
“Fitch Ratings” agentliyi SOCAR-ın müstəqil kredit profilini yüksəldib, “BBB-” reytinqini yenidən təsdiqləyib