Buraxılış imtahanlarında maksimum — 300 bal toplayan abituriyentlər BANM-ı seçirlər.
Rəhim Fərəczadə - Sabunçu rayonu 68 nömrəli tam orta məktəbin XI sinif şagirdi. Kompüter mühəndisliyi ixtisasında oxumaq istəyir.
Şəhanə Abbasova - Səbail rayonu 91 nömrəli tam orta məktəbin şagirdi. Kimya mühəndisliyi ixtisasında oxumaq istəyir.
Tovuz Seyidova - Sabunçu rayonu 295 nömrəli tam orta məktəbin şagirdi. Kompüter mühəndisliyi ixtisasında oxumaq istəyir.
Məhəmməd İsmayılov - Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi. Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil almaq istəyir.
Həlimə İbadzadə - Lənkəran rayonu Boladı kənd 1 saylı orta məktəbin şagirdi. İnformasiya təhlükəsizliyi ixtisasında oxumaq istəyir.
Ömər Rəsulov - Qəbələ rayonu, Uludaş kənd orta məktəbin şagirdi. İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaq istəyir.
Nuray Hüseynzadə - Sumqayıt şəhəri, 9 saylı orta məktəbin şagirdi. Kompüter elmləri ixtisasında təhsil almaq istəyir.
Onur Hətəmov - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi. İnformasiya təhlükəsizliyi ixtisasında təhsil almaq istəyir.
Abituriyentləri təbrik edir, uğurlar arzulayırıq.
“Biz iş axtarmırıq, iş bizi axtarır”.