16 aprel 2025 12:55
187

BANM ilə İspaniya universitetləri arasındakı əməkdaşlıq genişlənir

İspaniya Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Jose Pedro Torrubianun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

“İki sahil” xəbər verir ki, BANM rektoru Elmar Qasımov və İspaniya nümayəndə heyətinin üzvləri arasında akademik və təhsil sahələrində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi mövzusu müzakirə edilib.

Görüşdə İspaniyanın Türkiyədəki səfirliyinin Təhsil proqramları şöbəsinin müdiri cənab Cilberto Terente Fernández, İspaniya Krallığının Elm, İnnovasiyalar və Universitetlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsilin Beynəlmiləlləşməsi üzrə İspan Xidmətinin (SEPIE) Texniki məsləhətçisi Ana Kornexo Róman və  İspaniyanın Xaen Universitetinin prorektoru Karmen Conti də iştirak ediblər.

Enerji keçidinin sürətləndirilməsi, tədqiqat və innovasiyalar, süni intellekt, akademik mübadilələr və tələbə dərəcələrinin birgə mobilliyi kimi strateji sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub. Təhsil və ekspert əməkdaşlığının genişləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb.