15 aprel 2025 11:37
238

Qubanın Xınalıq kəndində yaz qarı uşaqlar üçün sevincə, böyüklər üçün qayğılarla çevrilib - VİDEO

Qubanın ən yüksək yaşayış məskənlərindən olan Xınalıq kəndində qar yağıb.

"İki sahil"in Şimal təmsilçisi məlumat verir ki, ilin bu vaxtında yağan qar kənddə bir sıra çətinliklər yaradıb. Xınalıq kəndində bir evin damı digər evin həyəti kimi istifadə olunur. Bu zaman düşən qar təmizlənməlidir ki, həm evlərin içinə su dammasın həm də, həyət təmiz qalsın. 

Qarın yağması heyvanların yenilənməsinə də mənfi təsir edir. Tədarük edilən quru ot bəzi təfərrüatlarda bitdiyindən yemlənmədə çətinliklər yaşanır. 

Uşaqlar isə qarın yağmasına tək sevinənlərdir. Qayğısızcasına oynayır, qarın keyfini çıxarırlar. 

Aydın Adıgözəlov,
"İki sahil" üçün