12 aprel 2025 12:15
348

İtaliya tərəfindən qırmızı bülletenlə axtarılan cinayətkar təşkilatın lideri İstanbulda saxlanılıb

İtaliyanın məhkəmə orqanları tərəfindən; “İnsan alveri və miqrant qaçaqmalçılığı” maddəsi ilə Qırmızı bülletenlə axtarılan cinayət təşkilatının lideri Əsəd Ali Gomaa Xodır İstanbulda tutulub.

İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

"Qanunsuz mühacirlərin İtaliyaya qeyri-qanuni keçidini təmin edən mütəşəkkil cinayət təşkilatının rəhbəri Əsəd Ali Gomaa Xodırın yeri müəyyənləşdi və İstanbulun Fatih bölgəsində keçirilən əməliyyatla saxlanıldı", - nazir bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”