10 aprel 2025 12:15
418

SOCAR-ın prezidenti Moldovanın Baş nazirinin müavini ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Moldova Respublikasının Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea ilə görüşüb.

“İki sahil” xəbər verir ki,  görüşdə SOCAR ilə Moldovanın enerji şirkətləri arasında əməkdaşlıq münasibətlərinin önəmi qeyd olunub, əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib.

Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi, region ölkələri ilə qaz təchizatı sahəsində  əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Görüşdə neft, qaz və neft məhsullarının ticarəti, bərpaolunan enerji, dekarbonizasiya sahələrinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.