09 aprel 2025 15:04
297

TKTA İdarə Heyətinin sədri BANM-da şagirdlərlə debat keçirib

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədovun moderatorluğu ilə debat təşkil edilib.  

“İki sahil” xəbər verir ki, debatda məktəblilərdən ibarət komanda arasında müzakirə aparılıb.

Məqsəd komanda ilə işləmə bacarığını artırmaq, təqdimat bacarıqlarını təkmilləşdirmək, araşdırma qabiliyyətini inkişaf etdirmək, auditoriya qarşısında sərbəst çıxış etmək bacarığını formalaşdırmaq, analitik düşüncəni inkişaf etdirmək, fikri düzgün çatdırma qabiliyyətini artırmaq və inandırma və təqdimetmə bacarıqlarını gücləndirməkdir.