09 aprel 2025 14:54
308

BANM-da DEFAGE Bootcamp haqqında infosessiya olacaq

Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi və “Azərsilah” Müdafiə Sənayesi Holdinqi tərəfindən yaradılan DEFAGE platforması çərçivəsində 11 aprel 2025-ci ildə SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) infosessiya keçiriləcək.

“İki sahil” xəbər verir ki, tədbir müdafiə sənayesi sahəsində karyera qurmaq istəyən gənclərə öz gələcəklərini bu sahədə qurmaq imkanı təqdim edəcək.

DEFAGE platforması yerli müdafiə sənayesində innovativ texnologiyalar və yüksək ixtisaslı mütəxəssislərin inkişafını dəstəkləməyi hədəfləyir.

Bootcamp proqramı çərçivəsində iştirakçılara müdafiə sənayesi sahəsində müasir texnologiyalar üzrə təlimlər veriləcək və iştirakçılar müxtəlif inkişaf imkanları ilə tanış olacaq.

İnfosessiyada iştirakçılara DEFAGE platforması və Bootcamp proqramı haqqında ətraflı məlumat veriləcək, həmçinin seçim meyarları, təlimlər və təqdim edilən fürsətlər barədə ətraflı məlumat paylaşılacaq. Tədbirdə iştirakçılar suallarını verə və özlərini təqdim etmək imkanı da əldə edəcəklər.

Tədbir müdafiə sənayesində karyera qurmaq istəyən hər kəs üçün əvəzsiz bir fürsət təqdim edir.