07 aprel 2025 14:53
157

BANM tələbələri Yeni Zelandiyada ölkəmizi təmsil ediblər

Bakı Ali Neft Məktəbinin (BANM) Neft və Qaz Texnologiyaları ixtisasının I kurs magistratura tələbəsi Almaz Heydərova və BANM-ın Kimya mühəndisliyi ixtisasının 2024-cü il məzunu Günel Rəhimli Yeni Zelandiyanın Oklend şəhərində keçirilən ICOSSE’25 (International Congress on Sustainability Science & Engineering) beynəlxalq konfransında ölkəmizi təmsil ediblər.

 “Tullantı çap elektron lövhələrindən qızılın səmərəli çıxarılması” mövzusunda müzakirə sessiyalarında iştirak  və poster təqdimatı ediblər. Səfər “AzerGold” şirkətinin dəstəyi ilə baş tutub. Burada beynəlxalq mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və innovativ həllərə dair müzakirələrdə iştirak etmək imkanı əldə ediblər.

Konfrans çərçivəsində müzakirə olunan əsas mövzular:

Tullantıların idarə olunması və təkrar emal üçün innovativ texnologiyalar

Resursların bərpasına dair dayanıqlı yanaşmalar

Rəqəmsallaşma və süni intellektin sənaye proseslərinə inteqrasiyası

Müxtəlif sənaye sahələrində dövri iqtisadiyyat strategiyaları

Tələbələrimizi təbrik edir, qürur duyuruq!