06 aprel 2025 18:02
155

Yeniyetmə boksçularımız Özbəkistanda təlim-məşq toplanışı keçəcək

Yeniyetmə qız və oğlan boksçulardan ibarət Azərbaycan millisi Özbəkistana yollanıb.

“İki sahil” xəbər verir ki, hər iki yığma Daşkənddə yerli idmançılarla birgə təlim-məşq toplanışı keçəcək.

Bu gün start götürən hazırlıq aprelin 17-dək davam edəcək.

Toplanış çərçivəsində sınaq döyüşləri də keçiriləcək.