01 aprel 2025 12:43
162

Evində ölü tapılan “Bloomberg”in keçmiş rəhbərinin həyat yoldaşı haqqında DİQQƏTÇƏKƏN DETAL

Məlum olduğu kimi “Bloomberg”in keçmiş rəhbəri Riçard Samarel, həyat yoldaşı Lina Samarel və qızları Samantanın cəsədləri Cənubi Karolinadakı malikanələrində tapılıb.

“İki sahil” xəbər verir ki,  "Fox News" kanalı bu məsələ ilə bağlı maraqlı məlumat yayıb. Bildirilir ki, Riçard Samarelanın həyat yoldaşı kolumbiyalı mühacir olub və əvvəllər ABŞ Veteranlarla İş Departamentində psixiatriya sahəsində çalışıb.

New York Post xəbər verir ki, Samarel 2007-ci ilə qədər Bloomberg LP-də kapital meneceri vəzifəsində çalışıb. Cütlük 2009-cu ildən evlidir. Samarella, həyat yoldaşı və kiçik qızı Cənubi Karolina ştatının Greer şəhərindəki evlərində ölü tapılıb. Polis bildirib ki, ailənin ölümünün cinayət və ya bədbəxt hadisə olub-olmadığı aydın deyil.