01 aprel 2025 13:01
203

Bədii gimnastika üzrə Bakı birinciliyi keçiriləcək

Bədii gimnastika üzrə 30-cu Bakı birinciliyi keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışda müxtəlif yaş qrupları üzrə gimnastlar halqa, top, gürzlər və lent ilə bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, 30-cu Bakı birinciliyi aprelin 10-12-də Milli Gimnastika Arenasında təşkil olunacaq.