01 aprel 2025 11:37
155

Stubb Rusiya ilə münasibətləri bərpa etmək üçün hazır olmağa çağırıb

Finlandiya prezidenti Alexander Stubb ölkənin Rusiya ilə münasibətlərin bərpasına mənəvi hazırlaşmasının vacibliyini vurğulayıb.

“İki sahil” xəbər verir ki, Finlandiya liderinin sözlərini RİA Novosti sitat gətirib: “Finlandiyada biz özümüzü zehni olaraq hazırlamalıyıq ki, nə vaxtsa siyasi müstəvidə münasibətlər açılacaq”.

O əlavə edib ki, münasibətlərin bərpası Ukraynadakı münaqişənin başa çatmasından və dialoq şərtlərinin sonradan müzakirəsindən asılı olacaq.