01 aprel 2025 11:14
154

Tramp Marin Le Penin məhkum edilməsini “çox səs-küylü iş” adlandırıb

ABŞ prezidenti Donald Tramp Fransada Marin Le Penin məhkum edilməsini “çox səs-küylü iş” adlandırıb. 

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Fransanın sağçı Milli Mitinq partiyasının parlament fraksiyasının lideri Marin Le Penə hökm oxunmasını şərh edib. Ağ Ev müxbirlərinə verdiyi müsahibədə o, Fransada baş verənləri ABŞ-dakı proseslərlə müqayisə edib.

Ehtimal etmək olar ki, Tramp özünə qarşı məhkəmə iddiasını nəzərdə tutur. 2023-cü ilin martında Manhetten böyük münsiflər heyəti onu 2016-cı il prezident seçkilərindən əvvəl ittiham etmişdi.

"Mən hər şeyi bilirəm və çoxları onun heç vaxt mühakimə olunmayacağını düşünürdü. Amma o, beş il müddətinə namizədliyini irəli sürmək qadağan edilib və o, əsas namizəddir"- ABŞ prezidenti deyib.