01 aprel 2025 09:34
172

Lebron Ceymsin imzalı ticarət kartı hərracda 1 milyon dollara satılıb

Milli Basketbol Assosasiyası (NBA) təmsilçisi “Los Anceles Leykers”in hücumçusu Lebron Ceymsin imzalı ticarət kartı hərracda 1,159 milyon dollara satılıb.

“İki sahil” xəbər verir ki, basketbolçunun "Klivlend"də çıxış etdiyi dövrə aid olan kart "Goldin Auctions" hərracında sahibini tapıb.

Qeyd edək ki, L.Ceyms 2003-2010-cu və 2014-2018-ci illərdə "Klivlend"də çıxış edib. O, sabiq komandasınının heyətində bir dəfə NBA çempionu olub, final seriyasının (2016) və müntəzəm mövsümün (2009, 2010) ən dəyərli oyunçusu seçilib.