Norveçin “Bryune” klubunun qapıçısı Yan de Bur qeyri-adi mükafat alıb.
“İki sahil” xəbər verir ki, qolkiper yerli çempionatın ilk turunda “Bodo Qlimt”lə oyunun ən yaxşısı seçildiyi üçün yumurta ilə mükafatlandırılıb. Ona 4 paket yumurta verilib.
Oyunda bir neçə real qol epizodunda qapısını toxunulmaz saxlayan De Bur ikinci hissədə penaltini də dəf edib. Qarşılaşma “Bodo Qlimt”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qeyri-adi mükafatlar klubun təmsil olunduğu eyniadlı şəhərdə kənd təsərrüfatında ət və süd istehsalının üstünlük təşkil etdiyinə işarədir. Komandanın oyunlarında “Biz fermerik və bununla fəxr edirik” şüarları tez-tez eşidilir. Hətta azarkeşlərin oyuna stadiondakı traktordan baxması üçün satışda VIP biletlər olur.
Klub növbəti görüşdə oyunun ən yaxşısına süd qutuları veriləcəyini bildirib.