31 mart 2025 15:10
201

Tomas Müller "Bavariya"dan ayrılacaq?

Karyerası boyunca yalnız "Bavariya"da çıxış edən və mövsümün sonunda müqaviləsi başa çatan Tomas Müller komandanı tərk etmək istəyir.

“İki sahil” xəbər verir ki, onun Almaniya nəhəngi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

T.Müllerin bir illik müqavilə təklifinə müsbət baxmadığı və komandadan ayrıla biləcəyi bildirilib.

Qeyd edək ki, 2009-cu ildən bəri "Bavariya"nın heyətində 742 rəsmi oyun keçirən Tomas Müller, bu matçlarda 247 qol vurub və 273 məhsuldar ötürmə edib.