31 mart 2025 10:49
203

Türkiyə səfirliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

“İki sahil” xəbər verir ki,  paylaşımda deyilir: "1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımından 107 il ötür. 31 mart Azərbaycanlıların Soyqırımı Günüdür".