Bu gün İngiltərə Liqa kubokunun 1/4 finalının son oyunları keçirilib.
“İki sahil” xəbər verir ki, "Aston Villa" səfərdə "Preston"la qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Birmingem təmsilçisi yarımfinalda "Kristal Pelas"la qarşılaşacaq.
Günün ikinci matçında "Bornmut" "Mançester Siti"ni qəbul edib. Oyun "şəhərlilər"in 2:1 hesablı qələbəsi ilı yekunlaşıb. Mançester klubu növbəti mərhələdə "Nottingem Forest"lə mübarizə aparacaq.
30 mart
"Preston" - "Aston Villa" - 0:3
Qollar: Reşford, 58, 63 - pen; Remzi, 71
"Bornmut" - "Mançester Siti" - 1:2
Qollar: Evanilson, 21 - Haaland, 49; Marmuş, 63