Misli Premyer Liqasının 28-ci turunda “Zirə” “Şamaxı”nı qəbul edib.
“İki sahil”in məlumatına görə, qarşılaşmanın 52-ci dəqiqəsində Davit Volkov hesabı açıb. 71-ci dəqiqədə isə Ruan Renato bakılıların üstünlüyünü iki topa yüksəldib.
Yarışda son nöqtəni 90+3-cü dəqiqədə Salifu Suma qoyub – 3-0.
Misli Premyer Liqası,
28-ci tur
30 mart (bazar)
18:00. “Zirə” 3–0 “Şamaxı”
Qollar: Davit Volkov, 52 (1-0), Ruan Renato, 71 (2-0), Salifu Suma, 90+3 (3-0)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Elşad Abdullayev, Kamranbəy Rəhimov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Zirə İdman Kompleksinin stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”