30 mart 2025 17:54
232

“Kəpəz” - “Səbail” yarışında qollu bərabərlik

Misli Premyer Liqasının 28-ci turunda “Kəpəz” “Səbail”i qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 41-ci dəqiqəsində Şevroni Mabatşoev hesabı açıb.

68-ci dəqiqədə Dmitro Litvin bərabərlik qolunu vurub - 1-1.

Yarışda başqa qol vurulmayıb.

Misli Premyer Liqası,

28-ci tur

30 mart (bazar)

16:00. “Kəpəz” 1–1 “Səbail”

Qol: Şevroni Mabatşoev, 41 (1-0), Dmitro Litvin, 68 (1:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev

VAR: Nicat İsmayıllı

AVAR: Pərvin Talıbov

Tovuz şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”