30 mart 2025 01:09
244

Bakıda beynəlxalq gimnastika turnirində mükafatçılar müəyyənləşib

Bakıda keçirilən bədii gimnastika üzrə beynəlxalq turnir davam edir.

“İki sahil” xəbər verir ki, yarışın ikinci günündə gənclər və böyüklər arasında komanda hesabında qaliblər bəlli olub.

Gənclər arasında Macarıstan qızıl, Gürcüstan gümüş, Meksika isə bürünc medal qazanıb.

Böyüklərin mübarizəsində Malayziya birinci, Litva ikinci, Avstraliya isə üçüncü yeri tutub.

Qeyd edək ki, turnir martın 30-da başa çatacaq.