29 mart 2025 21:00
218

MPL: “Sumqayıt” - “Sabah” yarışında 6 qol, 1 xal

Misli Premyer Liqasının 28-ci turunda “Sumqayıt” “Sabah”ı qəbul edib.

İki sahil”in məlumatına görə, yarışın 6-cı dəqiqəsində Umarali Raxmonaliyev hesabı açıb. 18-ci dəqiqədə isə Ronaldo Vaskes bərabərlik qolunun müəllifi olub. 46-cı dəqiqədə Bobir Abdixolikov “Sumqayıt”ı hesabda önə çıxaran qolu vurub. 71-ci dəqiqədə Umarali Raxmonaliyev özünün və komandasının ikinci qolunu vurub. 77-ci dəqiqədə isə Tellur Mütəllimov “Sabah”ı yenidən hesabda önə çıxarıb – 2-3.

Yarışda son qolu 88-ci dəqiqədə Momo Yansane vurub - 3-3.

Misli Premyer Liqası,

28-ci tur

29 mart (şənbə)

19:00. “Sumqayıt” 3-3 “Sabah”

Qollar: Umarali Raxmonaliyev, 6 (0-1), Ronaldo Vaskes, 18 (1-1), Bobir Abdixolikov, 46 (2-1) Umarali Raxmonaliyev, 71 (2-2), Tellur Mütəllimov, 77 (2-3), Momo Yansane, 88 (3-3)

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Elçin Məsiyev

VAR: Rauf Cabarov

AVAR: Akif Əmirəli

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Məhərrəm Ağalaroğlu, “İki sahil”