29 mart 2025 16:08
207

Fransa insanlığa qarşı cinayətlərə görə təzminat ödəməlidir

"İnsanlığa qarşı cinayətlərə, quldarlığa görə Fransa təzminat ödəməlidir".

“İki sahil” xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten deyib.

O bildirib ki, təzminatla bağlı Avropa Məhkəməsinə müraciət ediblər:

"Fransa hökuməti bizim səsimizi eşitməlidir. Biz quldarlığa məruz qalmışıq, əzilmişik. Tarixi ədalətin bərpası üçün təzminat tələb edirik".

O, tam şəkildə dekolonizasiyaya nail olunacağına ümid etdiyini vurğulayıb.