29 mart 2025 09:58
207

Braziliya millisinin baş məşqçisi istefaya göndərildi

Braziliya millisinin baş məşqçisi Dorival Junior istefaya göndərilib.

“İki sahil” xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının (CBF) mətbuat xidməti məlumat yayıb.

DÇ-2026-nın seçmə mərhələsində Argentinaya 1:4 hesablı məğlubiyyətdən sonra Junior haqqında qərar verilib. Braziliya  millisi seçmə mərhələdə 14 oyundan sonra 21 xalla 4-cü yeri tutur.

Qeyd edək ki, Dorival Junior 2024-cü il yanvarından Braziliya millisini çalışdırırdı.