28 mart 2025 11:14
170

Şalva Papuaşvili: Avropa İttifaqı ölkələrinin hökumətləri Baltikyanı ölkələrin kaprizlərinə uymamalıdır

Avropa İttifaqı ölkələrinin hökumətləri Baltikyanı ölkələrin kaprizlərinə uymamalı, bu mənfi dövrü qıraraq Gürcüstanla münasibətləri düzgün yola qaytarmalıdır.

“İki sahil” xəbər verir ki,  bu fikirləri həmin ölkənin parlament sədri Şalva Papuaşvili sosial media hesabında paylaşıb. Spikerin sözlərinə görə, Baltikyanı ölkələrin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmələrinə baxmayaraq, onların bu prinsiplərə real dünyada ciddi yanaşmadığı görünür. Papuaşvili qeyd edib ki, ölkənin keçmiş prezidenti Salome Zurabişvilinin son günlərdə Baltikyanı ölkələrə səfəri bu dövlətlərin və Avropa bürokratiyasının Gürcüstana problemli münasibətini açıq şəkildə nümayiş etdirib.