28 mart 2025 08:43
196

Mask: Düşünürəm ki, sülh sazişi olacaq

Amerikalı sahibkar və siyasətçi İlon Mask Ukrayna böhranının sülh razılaşması ilə bitəcəyinə inandığını bildirib.

“İki sahil” xəbər verir ki, Mask bunu “Fox News” telekanalına müsahibəsində deyib. “Düşünürəm ki, sülh sazişi olacaq. Rusiya ilə danışıqlar aparmaq istəməyən insanlar bunun müqabilində heç nə təklif etmirlər”, - sahibkar vurğulayıb.