Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin 21-31 mart tarixlərini əhatə edən “Novruz düşərgəsi 2025"in ikinci hissəsi öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, respublikanın müxtəlif bölgələrində yerləşən ali təhsil müəssisələrində təhsil alan, həmçinin ittifaqın üzvü olan 400-ə yaxın tələbə əvvəlcə ötən gün Xaçmaz şəhərində yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər. ATİAHİ rəhbərliyi və ittifaq üzvü tələbələr abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.