27 mart 2025 19:00
267

Pakistan XİN başçısı Azərbaycanla birgə investisiya layihələrini müzakirə edib

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycanla investisiya layihələrinin müzakirə olunduğu idarələrarası görüş keçirib.

“İki sahil” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) “X” sosial şəbəkəsində paylaşım edib.

Yüksək vəzifəli şəxslər müxtəlif istiqamətlərdə işlərin gedişatı barədə məlumat veriblər.

XİN-in məlumatında bildirilib ki, Məhəmməd İshaq Dar infrastruktur, neft sənayesi, ticarət və informasiya texnologiyaları sahələrinə investisiya qoyuluşu ilə bağlı təkliflərin hazırlanmasını 2025-ci il aprelin 3-dək tamamlamağı tapşırıb.

"Baş nazirin müavini həmçinin təsdiq edib ki, Pakistan və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi hökumətin prioritetlərindən biri olaraq qalır", - XİN-də qeyd ediblər.