27 mart 2025 14:41
203

Qazaxıstan və Türkiyə Trans-Xəzər marşrutun inkişafında investisiya əməkdaşlığını gücləndirir

Qazaxıstanın nəqliyyat-logistika sektorunda investisiya əməkdaşlığının perspektivləri və imkanları bu ölkənin nəqliyyat naziri Marat Karabayev ilə Türkiyənin “Çalık Holdinq” şirkətinin İdarə Heyətinin sədri Ahmet Çalık arasında keçirilən görüşdə müzakirə olunub.

“İki sahil” Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Türkiyə tərəfi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) infrastrukturunun inkişafı məqsədilə bir sıra perspektivli layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.

Nəqliyyat naziri Marat Karabayev qeyd edib ki, prioritet istiqamətlərdən biri də hər cür şərait yaradılan xarici investorlarla tərəfdaşlıq münasibətlərinin qurulmasıdır.

“Çalık Holdinq”in İdarə Heyətinin sədri vurğulayıb ki, şirkət Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılmasını ən perspektivli nəqliyyat layihəsi hesab edir.