26 mart 2025 19:53
224

Florentino Perez 250 min avro mükafat verdi

"Real"ın prezidenti Florentino Perez futbolçularını Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko"nu mübarizədən kənarlaşdırdıqlarına görə mükafatlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə COPE məlumat yayıb.

"Kral klubu" "Atletiko"nu ilk görüşdə 2:1 hesabı ilə məğlub edib. Cavab oyununda "Atletiko" 1:0 hesablı qələbə qazanıb. Penaltilər seriyasında isə "Real" üstün olub - 4:2.

Perez futbolçuların hər birinə "Atletiko"nu mübarizədən kənarlaşdırdıqlarına görə 250 min avro mükafat verib.

Qeyd edək ki, "Real" ÇL-in 1/4 finalında "Arsenal"la qarşılaşacaq.