“İki sahil” xəbər verir ki, tədbirdə SOCAR-ın Aparat rəhbəri, "Neftçi" İdman Klubunun İdarə Heyətinin sədri Hafiz Zeynalov neft-qaz və kimya sənayesi müəssisələrinin əməkdaşlarının idmana cəlb olunması, habelə onlar arasında müxtəlif idman növləri üzrə yarışların keçirilməsində və bu istiqamətdə SOCAR yığma komandasının formalaşmasında “Neftçi” İdman Klubunun böyük rol oynadığını bildirib.
Hafiz Zeynalov, həmçinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında keçirilən 3-cü minifutbol turnirində uğurlu çıxışını davam etdirən SOCAR komandasına qarşıdakı məsul oyunlarda müvəffəqiyyətlər arzu edib.