Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nda 4 hədəf nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunlar, aşağıdakılardır:
- ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;
- süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması;
- süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması;
- cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.
Strategiyada həmçinin 4 prioritet nəzərdə tutulur:
- Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi;
- Məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi;
- Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi;
- Əlverişli biznes mühitinin yaradılması.