Ermənistana silah axını yaşanır.
“İki sahil” xəbər verir ki, AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistana olunan silah axınının səbəbləri haqqında Rövşən Məmmədov bunları deyib:
“Müşahidələr də göstərir ki, bu gün Ermənistan oyunlarını 2 əsas istiqamətdə davam etdirir. Bunlar hansılardır? Birinci, hərbi ritorikanı gücləndirir. Faktlar da bu versiyanı təsdiqləyir. Belə ki, bəzi məlumatlara görə, rəsmi İrəvan aprelin 1-dən iyunun 13-dək olan tarixlər arasında ehtiyatda olan hərbçilərin toplanışını keçirməyi planlaşdırır. Yeri gəlmişkən, toplanış 2 ay yarıma qədər davam edəcək ki, bu da standart təlim müddəti deyil. Deməli, məğlub tərəf daha ciddi planlar qurur. İkincisi, avropalı müşahidəçilərin xeyli fəallaşması, onların sərhəd boyunca, xüsusilə də, mümkün toqquşma zonalarında kəşfiyyat işləri aparması, sistematik olaraq öz aləmlərində Azərbaycanın zəif mövqelərini müəyyənləşdirmək cəhdləri özlüyündə çox ciddi mətləblərdən xəbər verir.”