17 mart 2025 09:30
117

Levandovski son 4 mövsümdə “Barselona”da 35 qol vuran ilk futbolçu olub

Polşalı hücumçu Robert Levandovski son 4 mövsümdə “Barselona”nın heyətində 35 qol vuran ilk futbolçu olub.

“İki sahil” xəbər verir ki, 36 yaşlı futbolçu bunu La Liqanın XXVIII turunda “Atletiko” ilə matçda reallaşdırıb.

Buna sonuncu dəfə argentinalı hücumçu Lionel Messi nail olub. O, 2020/2021 mövsümündə meydana çıxdığı 47 oyunda 38 qola imza atıb.

Qeyd edək ki, R.Levandovski “Barselona”nın qələbə qazandığı (4:2) görüşün 72-ci dəqiqəsində fərqlənib. O, cari mövsümdə Kataloniya klubunun heyətində bütün turnirlərdə meydana çıxdığı 40 matçda 35 qol vurub.