16 mart 2025 23:40
127

"Nyukasl" İngiltərə Liqa kubokunu qazandı

Bu gün İngiltərə Liqa kubokunun finalı keçirilib. 

“İki sahil” xəbər verir ki, turnirin həlledici mərhələsində "Liverpul" "Nyukasl"la qarşılaşıb. Matç Londonda, "Uembli" stadionunda keçirilib. 

Görüş mersisaydlıların 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Beləliklə, "Nyukasl" kubokun qalibi olub. 

"Liverpul" 1-2 "Nyukasl"
Qollar: Çyeza, 90+4 - Börn, 45, İsak, 52