Misli Premyer Liqasının 27-ci turunda bu gün iki oyun keçiriləcək.
“İki sahil”in məlumatına görə, günün ilk oyununda “Qarabağ” Tovuzda “Kəpəz”in qonağı olacaq.
Qeyd edək ki, hazırda 63 xalla Ağdam klubu turnir cədvəlinin vahid lideridir. “Kəpəz” isə 22 xalla doqquzuncu pillədə qərarlaşıb.
Günün ikinci yarışında isə “Sabah” “Zirə”ni qəbul edəcək.
Xatırladaq ki, “Sabah” 34 xalla turnir cədvəlinin beşinci, “Zirə” isə 51 xalla ikinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası
27-ci tur
15 mart
17:00. “Kəpəz” - “Qarabağ”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Tovuz şəhər stadionu
19:30. “Sabah” - “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayılov
AVAR: Cəmil Quliyev
“Bank Respublika Arena”