Sabah İmişli rayonunda 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, Otuzikilər QPS-dən qidalanan Qızılkənd kəndində müxtəlif diametrli qaz xəttlərində aşkar olunmuş qaz sızmlarının ləğvi və təmir işlərinin görülməsi məqsədi ilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kənddə (677 abonent) qaz təminatının daxili dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.