Bakı Ali Neft Məktəbinin (BANM) 2023-cü il MBA proqramı məzunu Bəhmən Həsənov beynəlxalq təcrübəsi və peşəkar nailiyyətləri ilə fərqlənir. O, BANM ilə Orta Doğu Texniki Universiteti (ODTÜ) arasında ilk tələbə mübadiləsi proqramının iştirakçısı olub və ODTÜ-də bir semestr təhsil alıb.
“İki sahil” xəbər verir ki, hazırda Bəhmən Həsənov dünyanın ən böyük kastodian banklarından biri, eləcə də daimi fəaliyyət göstərən ikinci ən qədim bank hesab olunan “State Street Corporation”da İnvestisiya Komplayensi üzrə Baş maliyyə analitiki vəzifəsində çalışır.
Bəhmən Həsənov peşəkar karyerası ərzində Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Eyni zamanda, o, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində İcraçı direktorun köməkçisi kimi fəaliyyət göstərib.
“S&P Global Ratings” SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
SOCAR-ın kredit reytinqi: Şəffaf maliyyə siyasəti beynəlxalq etimadı gücləndirir