27 fevral 2025 08:47
475

Perunun paytaxtında “Xocalıya ədalət” çağırışı edilib

"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar fevralın 26-dan başlayaraq Perunun paytaxt şəhərləri Limanın mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən “İki sahil”ə verilən məlumata görə, lövhələrdə “Xocalıya ədalət tələb edirik”, “Azərbaycana qarşı cinayəti xatırlayırıq” şüarları və "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsi təsvir olunub.

Lima sakinləri lövhələrdə yer almış "Xocalıya ədalət" kampaniyasının rəsmi internet səhifəsinə daxil olaraq soyqırımı haqda ətraflı məlumat əldə edə bilərlər. Elektron lövhələr bir neçə gün ərzində nümayiş etdiriləcək.