Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yataqxana binasında yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində beşmərtəbəli yataqxana binasının ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın 2-ci mərtəbəsində ümumi sahəsi 60 kv.m. olan mənzilə artırmanın yanar konstruksiyaları və 1-ci mərtəbədə ümumi sahəsi 60kv.m. olan mənzilə artırmanın tavanı 20kv.m. sahədə yanıb.
Mənzillər və bina yanğından mühafizə olunub.