Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində 2, Suriyanın şimalında isə 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, nazirliyin sosial media hesabında yer alan açıqlamada qeyd olunub: "Hədəfimiz terrorçunun olduğu yerlərdir. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında “Pençe-Kilit” əməliyyatı bölgəsində müəyyən etdiyi 2 PKK terrorçusunu, Suriyanın şimalında isə müəyyən etdiyi 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Terrorun mənbəyində məhv edilməsi üçün gözlənilməz, qeyri-ənənəvi, sürətli və davamlı əməliyyatlara davam edəcəyik".
Terörist neredeyse hedefimiz orası!
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 23, 2025
Kahraman Türk Silahlı Kuvvetlerimiz, Irak’ın kuzeyindeki Pençe-Kilit Operasyonu bölgesinde tespit ettiği 2 PKK’lı terörist ile Suriye'nin kuzeyinde belirlediği 6 PKK/YPG'li teröristi etkisiz hâle getirdi.
Terörü kaynağında yok etmek için… pic.twitter.com/ZzCCdI9oVt
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
İran Hörmüz boğazında təhlükəsizlik qaydalarını pozan gəmilərə xəbərdarlıq edib